AZƏRBAYCAN » CƏMİYYƏT
06 May 2021, 16:48 (GMT +4)

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı, 6 may, SalamNews. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 777 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SalamNews-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4290, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 23 487nəfərdir.

Azərbaycanda ümumilikdə1 593 883 vaksin vurulub.Birinci mərhələüzrəvaksinasiya olunanların sayı 992 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 601 631 nəfərdir.