DÜNYA » İDMAN
09 May 2021, 00:30 (GMT +4)

“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

Bakı,9 may, SalamNews, R.Nadirli. Futbol üzrə Almaniya Bundesliqasında 2020/21 mövsümünün qalibi bəlli olub.

SalamNews xəbər verir ki, “Bavariya” ardıcıl 9, ümumilikdə isə 30-cu dəfə ölkə çempionu olub.

Buna turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Leypsiq”in 32-ci turda Dortmund “Borussiya”sına səfərdə 2:3 hesabı ilə uduzması şərait yaradıb. Nəticədə Münhen təmsilçisi sona iki tur almış qızıl medalları təmin edib.