DÜNYA » SİYASƏT
09 İyun 2021, 08:42 (GMT +4)

İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

Bakı, 9 iyun, SalamNews, B.Samid. İsrail ötən gecə Livan səmasından Suriyanın mərkəzi hissəsində bir neçə mövqeyi hədəfə almağa çalışıb. Havadan müdafiə hərəkətə keçib.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat verib.

Bildirlib ki, ötən gecə İsrailin hərbi təyyarələri Livanın səmasından Suriyanın Homs əyalətində bir sıra hədəflərə hava zərbələri endirməyə çalışıb.

Məlumata əsasən havadan müdafiə raketlərin çoxunu hədəflərə çatmamış vurub.

Bu hücumun dağıntıları və xəsarətləri barədə hələ məlumat yoxdur.

İsrail sonuncu dəfə ötən ayın beşində Suriyanın Laziqiya əyalətində bir plastik zavodunu vurmuş və burada bir mülki şəxs həyatını itirmiş və altısı yaralanmışdı.

Suriyanın Colan Yüksəkliklərini işğal altında saxlayan İsrail bu ölkə ərazisində İranın, Hizbullah hərəkatının, habelə “suvereneliyinə qarşı” addım atan yerli qüvvələri, onların nəqliyyat xətləri və anbarlarını vurduğunu iddia edir.