AZƏRBAYCAN » SİYASƏT
18 İyun 2021, 14:48 (GMT +4)

Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

Bakı, 18 iyun, SalamNews. Rusiya Dağlıq Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla təmas halındadır. SalamNews -un TASS-a  istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

"Ankara, Bakı və İrəvanla təmasdayıq və hesab edirik ki, hər addım Zaqafqaziyada vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun inkişafına, nəqliyyatın logistikasına kömək etməli, vəziyyəti ümumiyyətlə düzəltməlidir. Gərginliyin artmasına səbəb ola biləcək addımlar atımamalıdır",  Kremlin sözçüsü bildirib.