AZƏRBAYCAN » SİYASƏT
18 İyun 2021, 16:57 (GMT +4)

Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Bakı, 18 iyun, SalamNews. Azərbaycan Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu” Holdinqlə Anlaşma Memorandumu imzalayıb.

 SalamNews xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu” Holdinqlə Anlaşma Memorandumu imzaladıq" - deyə, o, paylaşımında qeyd edib.