RUSİYA » SİYASƏT
18 İyun 2021, 16:27 (GMT +4)

Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

Bakı, 18 iyun, SalamNews. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ səfirlərinin geri dönməsinin simvolik jestdir, amma eyni zamanda olduqca vacib addımdır.

SalamNews RT-yə istinadən xəbər verir ki, Lavrov mətbuat konfransı zamanı Cenevrədəki görüşdə  Moskva ilə Vaşinqton arasında əldə edilmiş razılaşmaları şərh edib.

“Səfirlərin qayıtması ilk növbədə simvolik jestdir. Vacibdir, amma simvolikdir. Paytaxtda müavinlərin deyil, səfirlərin özlərinin olması  daha fəal dialoq üçün imkan yaradır. Çünki səfirlərə səlahiyyəti prezidentlər verir", o deyib.