RUSİYA » CƏMİYYƏT
21 İyun 2021, 14:16 (GMT +4)

Rusiyada son sutkada 17.378 koronavirusa yoluxma qeydə alınıb

Bakı, 21 iyun, SalamNews. Rusiyada son sutkada 17.378 koronavirusa yoluxma qeydə alınıb. SalamNews xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə nəzarət və monitoring üzrə əməliyyat qərargahı məlumat yayıb.

Ölkədə COVID-19 xəstələrinin ümumi sayı 5.334.204-ə yüksəlib.

Son sutkada 440 nəfər koronavirusdan ölüb.

Ölənlərin ümumi sayı 129.801-ə çatıb.

Ümumilikdə, ölkədə 4.878.333 xəstə COVID-19-dan müalicə edilib.

Gün ərzində 8361 nəfər sağalıb.