DÜNYA » SİYASƏT
21 İyun 2021, 15:14 (GMT +4)

AB Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

Bakı, 21 iyun, SalamNews. Avropa Birliyi Şurası, Krım yarımadasının qanunsuz ilhaqına görə Rusiyaya tətbiq olunan sanksiyaların müddətini 23 iyun 2022-ci ilə qədər uzadıb. SalamNews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə AB-nin bəyanatında deyilir.

Qərara əsasən, Avropa Birliyindən olan fiziki şəxslərin və şirkətlərin, Sevastopol şəhərində də daxil olmaqla, 2014-cü ildə qanunsuz ilhaq edilən Ukrayna yarımadasında hər hansı bir fəaliyyətinə qadağa qoyulur.

Məhdudiyyətlər ticarət, turizm, bir sıra iqtisadi sahələrə investisiya qoyuluşlarını nəzərdə tutur.

Son dəfə sanksiyalar bir il əvvəl, 23 iyun 2021-ə qədər uzadılmışdı.