DÜNYA » CƏMİYYƏT
23 İyul 2021, 14:45 (GMT +4)

İranda son sutkada 210 koronavirus xəstəsinin ölümü qeydə alınıb

Bakı, 23 iyul, SalamNews, B.Samid. İranda son sutkada 210 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 88,273-ə çatıb.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Mətbuat xidməti açıqlama verib.

Bildirilib ki, ölkədə son sutkada 210 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 88,273-ə çatıb.

Əlavə edilib ki, son gündə İranda 21,814 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 3,645,654-ə çatıb.

İranda koronavirusa yoluxanlardan 3,220,445 nəfər sağalıb.

Qeyd edək ki, bu ölkədə səkkiz milyon civarında insan koronavirus peyvənlərindən birinci ya da ikinci dozasını qəbul ediblər. Bu gün ölkənin ali lideri də yerli “Bərəkət” vaksininin ikinci dozasını qəbul edib.