AZƏRBAYCAN » SİYASƏT
23 İyul 2021, 15:28 (GMT +4)

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırılıb

Bakı, 23 iyul, SalamNews. Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

SalamNews-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.