DÜNYA » SİYASƏT
23 İyul 2021, 16:54 (GMT +4)

Livan İsraildən BMT-yə şikayət edəcəyini bildirib

Bakı, 23 iyul, SalamNews, B.Samid. Livan Prezidenti Mişel Oun İsrailin Suriyaya hücum etmək üçün ölkənin hava sahəsindən istifadə etməsinə münasibət bildirib.  

SalamNews xəbər verir ki, Livan prezidenti verdiyi açıqlamada vurğulayıb ki, ölkə İsrail rejiminin qeyri-qanuni addımlarından şikayət etmək üçün BMT Baş Asambleyasına müraciət edəcək.  

"Bu barədə göstəriş vermişəm. Livan dövləti edilən qanunsuzluqlar qarşısında susmayacaq", deyə Mişel Oun diqqətə çatdırıb.  

O, qeyd edib ki, İsrail rejimi son atdığı addım ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarını pozub.

Qeyd edək ki, İsrail Suriya ərazisinə hava zərbələri endirmək üçün son həftədə bir neçə dəfə Livan hava məkanını pozub.