DÜNYA » SİYASƏT
23 İyul 2021, 17:15 (GMT +4)

Ərdoğan sel və daşqınların baş verdiyi Rize vilayətinə səfər edib

Bakı, 23 iyul, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sel, daşqınlar və torpaq sürüşmələrinin baş verdiyi Rize vilayətinə səfər edib. 
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, vilayətin sakinlərinə müraciət edən dövlət başçısı vətəndaşlarına dövlət strukturlarının təbii fəlakətin nəticələrini dərhal aradan qaldıracağını açıqlayıb.

Ərdoğan seldə ölən 6 vətəndaşın ailəsinə və yaxınlarına başsağlığı diləyib.

Prezident itkin düşmüş iki nəfərin axtarışının davam etdiyini qeyd edib.

“Rize vilayətindəki sel zonasında axtarış və xilasetmə işlərində 2850 nəfər iştirak edir. Hökumət məhv edilmiş infrastrukturu bərpa etmək müfaviq addımlar atacaq", Ərdoğan deyib.

O, Rize vilayətindəki fəlakət bölgəsində 665 tikilinin söküləcəyi bildirib.

Türkiyə prezidenti, ilkin mərhələdə dövlətin seldən zərər görmüş vətəndaşlar üçün 550 ev inşa edəcəyini açıqlayıb.