DÜNYA » SİYASƏT
23 İyul 2021, 17:52 (GMT +4)

Aralıq dənizində batmış qayıqdan 37 miqrant xilas edilib

Bakı, 23 iyul, SalamNews. Türkiyə Müdafiə Nazirliyi Aralıq dənizində batmış qayıqdakı 45 miqrantdan 37-nin xilas olunduğunu açıqlayıb.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, nazirlik, səkkiz nəfərin axtarışının davam etdiyini bildirib.

Qayıq Kerpe Adasından 60 mil cənubda və Türkiyənin Kaş şəhərinin sahilindən 161 mil cənub-qərbdə batıb.

Nazirlik, kömək siqnalı alındıqdan sonra hadisə bölgəsinə "TCG Gelibolu" və "TCG Gökova" qayıqlarının göndərildiyini açıqlayıb.

Həmçinin bölgəyə Türkiyə Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi cəlb edilib.

Əlverişsiz hava şəraitinə baxmayaraq axtarış-xilasetmə işləri davam edir.