DÜNYA » SİYASƏT
24 İyul 2021, 09:52 (GMT +4)

İran Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atışmaya münasibət bildirib

Bakı, 24 iyul, SalamNews, B.Samid. İran Azərbaycan və Ermənistanı təmkinli və soyuqqanlı olmağa çağırıb.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

İran XİN sözçüsü iki ölkə sərhədində atəşkəsin pozulmasına və hər iki tərəfdə itkilərin olmasına görə təəssüf etdiyini dilə gətirib, tərəfləri səbirli və təmkinli olmağa çağırıb.

Səid Xətibzadə hər iki tərəfi sərhəd boyu ixtilafları yalnız dinc yolla həll etməyə çağırıb.

İran XİN sözçüsü hər iki ölkəni qarşıdurmanı arxada qoymağa səsləyib və cənubi Qafqazda daimi sülhün əldə edilməsinin çox zəruri olduğunu bəyan edib. S. Xətibzadə İran İslam Respublikasının bu zəmində dəstək verməyə hazır olduğunu vurğulayıb.