DÜNYA » HADİSƏLƏR
24 İyul 2021, 15:57 (GMT +4)

Hindistanda daşqınlar zamanı ölənlərin sayı 110-a yüksəlib

Bakı, 24 iyul, SalamNews. Hindistanın qərbindəki Maharaştra ştatında leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 110 nəfər ölüb.

SalamNews "İnterfax"a istinadən xəbər verir ki, ştatda son on illərdəki ən güclü yağışlar qeydə alınıb. Xilasetmə qrupları sağ qalanları təxliyə edir. Bölgədəki körpülər və mobil qüllələrin uçmasından sonra bir sahil rayonu ilə əlaqə tamamilə kəsilib.

Səlahiyyətlilər sakinlərdən xilasedicilərin onları helikopterlə tapa bilmələri üçün damlara çıxmağı tövsiyə edib.