RUSİYA » CƏMİYYƏT
24 İyul 2021, 14:45 (GMT +4)

Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib

Bakı, 24 iyul, SalamNews. Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib. SalamNews xəbər verir ki, bu barədə virusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərərgahı məlumat yayıb.

Əməliyyat qərargahından bildirilib ki, ümumilikdə ölkədə epidemiya başlayandan 6102.469 COVID-19-a yoluxma aşkar edilib. 

Son sutkada koronavirusun yaratdığı fəsadlardan 799 nəfər ölüb. Ölənlərin ümumi sayı 153,095 nəfərdir.

Ölkədə epidemiya dövründə 5.471.956 nəfər COVID-19-dan müalicə edilərək sağalıb. Son sutkada 21.952 nəfər, bir gün əvvəl isə 22.547 nəfər sağalıb.