DÜNYA » SİYASƏT
24 İyul 2021, 15:20 (GMT +4)

Çin ABŞ-ın 7 fikizi şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib

Bakı, 24 iyul, SalamNews. Çin, Xarici Sanksiyalarla Mübarizə Qanunu çərçivəsində ABŞ-ın yeddi fiziki şəxsi və təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər görüb. SalamNews xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinə istinadən "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi, 16 iyulda ABŞ səlahiyyətliləri tərəfindən "Amerika iş adamları üçün Honkonqda fəaliyyət riskləri ilə bağlı tövsiyələrin" açıqlandığını xatırladıb.

Bəyanatda qeyd olunur ki, Vaşinqton rəhbərliyinin müvafiq “tövsiyələri” ticarət mühitinə ziyan vurur və beynəlxalq hüquq normalarına ziddir.