DÜNYA » SİYASƏT
24 İyul 2021, 16:50 (GMT +4)

Tacikistan 100 min əfqanıstanlı qaçqına sığınacaq verə biləcəyini bəyan edib

Bakı, 24 iyul, SalamNews, B.Samid. Əfqanıstanda Talibanın hücumlarının artması, şimal əyalətlərində rayonların hərəkatın nəzarətinə keçməsindən sonra Tacikistan sərhədlərində təhlükəsizlik tədbirlərini artırıb və 100 min Əfqanıstan vətəndaşına sığınacaq vermək üçün infrastruktura hazırladığını bildirib.

SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Tacikistanın Fövqəladə Hallar Komitəsinin sədr müavini İmaməli İbrahimzadə deyib.

O bildirib ki, ölkədə 100 min civarında qaçqının sığınması üçün lazımi infrastruktur layihələr həyata keçirilir.

Qeyd edək ki, Tacikistan iki ölkə sərhədində əsas keçidin Talibanın nəzarətinə keçməsindən sonra bölgəyə 20 min hərbi qüvvə cəlb edib.

Tacikistan prezidenti İmaməli Rəhman ötən həftə sərhədə baş çəkib və təhlükəsizlik tədbirlərilə bağlı tapşırıqlar verib.