DÜNYA » İDMAN
24 İyul 2021, 17:00 (GMT +4)

Olimpiadada fırtınaya görə bəzi yarışlar təxirə salınıb

Bakı, 24 iyul, SalamNews, R.Nadirli. Tokio-2020 Yay Olimpiya Oyunlarında bəzi yarışlar başqa vaxta təxirə düşüb.

SalamNews xəbər verir ki, buna səbəb Yaponiyada gözlənilən fırtınadır.

Əvvəlcə, avarçəkmə yarışları 26 iyuldan başqa günə keçirilib. Bəzi yarışlar isə bu gün və sabah baş tutacaq.

Qeyd edək ki, “İn-fa” fırtınası artıq 5 nəfərin xəsarət alması ilə nəticələnib.