DÜNYA » İDMAN
24 İyul 2021, 17:15 (GMT +4)

Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

Bakı, 24 iyul, SalamNews, R.Nadirli. Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

SalamNews xəbər verir ki, üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə qüvvəsini sınayıb. Mübarizəyə təsnifat mərhələsindən qoşulan idmançı 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub.

O, digər qrupların nəticələrindən də asılı olaraq, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib. Şemberev 29 uzgüçü arasında 26-cı olub.

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah da Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb. O, təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib. Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.