DÜNYA » İDMAN
24 İyul 2021, 17:40 (GMT +4)

Su polosu üzrə qadınlardan ibarət ABŞ yığması yeni olimpiya rekorduna imza atıb

Bakı, 24 iyul, SalamNews, R.Nadirli. Su polosu üzrə qadınlardan ibarət ABŞ milli komandası yeni Olimpiya rekorduna imza atıb.

SalamNews xəbər verir ki, ABŞ millisi Olimpiadanın qrup mərhələsi çərçivəsində Yaponiya yığmasını 25:4 hesabı ilə məğlub edib. İndiyədək Yay Olimpiya Oyunları tarixində belə məhsuldar nəticə qeydə alınmayıb.

Bu gün start götürən su polosu yarışlarına avqustun 8-də yekun vurulacaq.

Qeyd edək ki, “Tokio-2020” avqustun 8-dək davam edəcək. Olimpiadada Azərbaycanı 44 idmançı təmsil edir.