DÜNYA » İDMAN
25 İyul 2021, 01:30 (GMT +4)

Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

Bakı, 25 iyul, SalamNews, R.Nadirli. Polşa çempionatının 1-ci turunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" evdə “Visla” (Plok) ilə üz-üzə gəlib.

SalamNews xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edık ki, yığmamızın digər oyunçusu Anton Krivotsyud "Visla"da çıxış edir. O, görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.