AZƏRBAYCAN » İDMAN
25 İyul 2021, 09:09 (GMT +4)

Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

Bakı, 25 iyul, SalamNews, R.Nadirli. Boksçumuz Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarındakı 1/16 final görüşündə bruneyli Denis Latıpova 3:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra fikirlərini bildirib.

SalamNews xəbər verir ki, o, ilk döyüşün həmişə ağır olduğunu deyib: "Çünki əlcəyə, rinqə və ab-havaya öyrəşməmişik. Amma sevinirəm ki, qalib gəldim".

Abdullayev bildirib ki, Azərbaycanın iki təmsilçisi Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayorun (69 kq) məğlubiyyətləri ona yaxşı təsir etməyib: "İstərdim ki, onlar da qalib gəlsinlər, medal qazansınlar. Bu baxımdan, bir qədər pis oldum. Qalan hər şey normaldır".

22 yaşlı idmançı 1/8 finalda qarşılaşacağı Baxodir Jalolovun dünya çempionu olduğunu xatırladıb: "Əsas rəqibim o idi, mənə 1/8 finalda qismət oldu. İyulun 29-da üz-üzə gələcəyik. İnşallah, xeyirlisi. Buradək uzun yol gəlmişik və məşqlərdə böyük əziyyətlər çəkmişik. İnanıram ki, buradan medalsız qayıtmayacağıq".