AZƏRBAYCAN » İDMAN
25 İyul 2021, 10:22 (GMT +4)

Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

Bakı, 25 iyul, SalamNews, R.Nadirli. Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.

SalamNews xəbər verir ki, stend atıcılığında Emin Cəfərov, idman gimnastikasında Marina Nekrasova qüvvəsini sınayacaq.

Yarışın ikinci günündə Azərbaycanın bir boksçusu rinqə çıxacaq. 63 kq çəki dərəcəsində yer alan Cavid Çələbiyev ilk görüşünü keçirəcək.

Cüdoçulardan isə Orxan Səfərov (66 kq) Tokio olimpiadasında debüt edəcək. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayacaq.

 

Tokio-2020

25 iyul

Stend atıcılığı

05:00. Təsnifat. Emin Cəfərov

 

İdman gimnastikası

05:00. Təsnifat. Marina Nekrasova

 

Boks

63 kq

08:24. 1/16 final. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

 

Cüdo

66 kq

06:00. 1/6 final. Orxan Səfərov - Yerlan Serikjanov (Qazaxıstan)

 

İlk gündə mübarizəyə qoşulan 10 idmançıdan 8-i olimpiada ilə vidalaşıb.