DÜNYA » İDMAN
26 İyul 2021, 14:17 (GMT +4)

Tokio olimpiadasında koronavirusa yoluxanların sayı artıb

Bakı, 26 iyul, SalamNews. Tokio Yay Olimpiya Oyunlarında iştirak edən azı on altı nəfərin son 24 saat ərzində verdiyi koronavirus testinin nəticəsi müsbət olub.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə "Tokyo 2020" təşkilat komitəsinin saytında dərc olunan hesabatda deyilir.

Məlumata əsasən, yoluxanlardan üçü Olimpiya kəndi ərazisində yaşamayan idmançılardır.

Beləliklə, oyunlara qatılanlar arasında koronavirusa yoluxma hallarının ümumi sayı 153-ə çatıb.