DÜNYA » SİYASƏT
26 İyul 2021, 09:57 (GMT +4)

İraqın baş naziri son ildə ikinci dəfə olaraq ABŞ-a rəsmi səfərə gedib

Bakı, 26 iyul, SalamNews, B.Samid. İraqın baş naziri Mustafa əl-Kazimi son ildə ikinci dəfə olaraq ABŞ-a rəsmi səfərə yollanıb.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, İraqın baş naziri Mustafa əl-Kaziminin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Vaşinqtona gedib.

Vaşinqtonda Mustafa əl-Kaziminin prezident Co Baydenlə, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelusi ilə görüşü nəzərdə tutulub.

Bu səfər zamanı iki ölkə arasında aparılan strateji danışıqlarla bağlı yekun bəyanatın veriləcəyi gözlənilir.

Yekun bəyanatda yer alan əsas məsələlərdən biri də ABŞ qüvvələrinin ölkədən çıxması prosesidir.