DÜNYA » SİYASƏT
26 İyul 2021, 13:11 (GMT +4)

İsrail həkimləri erməni hərbiçilərin reabilitasiyasında iştirak edirlər

Bakı, 26 iyul, SalamNews. İsrailli həkimlər erməni hərbiçilərin reabilitasiyası prosesində iştirak edirlər.

SalamNews bu barədə ashdodnet.com-a istinadən xəbər verir.

Saytın məlumatına görə, qlobal epidemiyanın tüğyan etdiyi günlərdə "Beit Hadar" tibb mərkəzinin heyəti uzaq ölkələrdə xəstələrin reabilitasiya prosesinə kömək etməyə çalışır. 

Qarabağ müharibəsi dövründə yaralanaraq amputasiya əməliyyatı keçirən çox sayda erməni hərbiçinin reabilitasiya prosesinə israilli həkimlər də cəlb edilib. 

"Beit Hadar" tibb mərkəzi Ermənistana kömək məqsədi ilə müxtəlif təşkilatlarla əməkdaşlıq edir və erməni hərbçilərə yardım üçün təşəbbüslər irəli sürür.