DÜNYA » SİYASƏT
26 İyul 2021, 11:41 (GMT +4)

İsraildə XİN içşisi İrana “gizli səfər”ə görə istintaqa cəlb edilib

Bakı, 26 iyul, SalamNews, B.Samid. İsrail Kəşfiyyatı ölkə Xarici İşlər Nazirliyində işləmiş dövlət qulluqçusunu İrana gizli səfərə görə istintaqa cəlb edib.

SalamNews bu barədə İsrail KİV-lərinə istinadla məlumat verir.

Bildirilib ki, İsrail Kəşfiyyatı son zamanlarda XİN işçilərindən birini məhkəmənin qərarı ilə istintaqa cəlb edib.

Onun XİN-də işə qəbul edilməsindən öncə qeyri-qanuni yolla İrana səfər etdiyi və burada İran Kəşfiyyatı üzvlərilə təmaslar qurduğu iddia edilib.

Qeyd edək ki, üç il öncə İsraildə sabiq nazirlərdən biri də İranın lehinə cəsusluq etməkdə ittihamlandırılmış və istintaqa cəlb edilmişdi.