AZƏRBAYCAN » SİYASƏT
26 İyul 2021, 16:20 (GMT +4)

Şahmar Mövsümov: Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq

Bakı, 26 iyul, SalamNews. "Əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur".

SalamNews xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun qarşısını qapanmadan almaq çox çətindir:

“Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq”.