DÜNYA » SİYASƏT
27 İyul 2021, 08:54 (GMT +4)

ABŞ hərbi qüvvələrini cari ilin sonunadək İraqdan çıxaracağını bildirib

Bakı, 27 iyul, SalamNews, B.Samid. Rəsmi Vaşinqton və Bağdad iki ölkə arasında aparılan strateji danışıqların ardından ABŞ qüvvələrinin cari ilin sonunadək İraqın ərazisindən çıxarılacağını bildiriblər.

SalamNews xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden ötən gün Vaşinqtonda İraqın baş naziri Mustafa əl-Kazimini qəbul edərkən deyib.

ABŞ prezidenti bildirib ki, cari ilin sonunadək hərbi qüvvələr İraqdan çıxacaq.

Eyni zamanda Co Bayden əlavə edib ki, İraqın hərbi qüvvələrinə dəstəklər davam edəcək.

İraqın bir sıra partiyaları o cümlədən “Fəth” siyasi cinahı və Haşd-Şabi bu bəyanatı müsbət qarşılayıblar.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Sepah generalı Qasim Seleymaninin və Haşd-Şabinin rəhbər müavini Mehdi əl-Mühəndisin ABŞ tərəfindən terrora məruz qalmasından sonra İraq Parlamenti ABŞ qüvvələrinin ölkədən çıxmasına səs verib.