DÜNYA » SİYASƏT
27 İyul 2021, 10:44 (GMT +4)

Bayden ABŞ ilə İraq arasındakı tərəfdaşlığın gücləndiyini açıqlayıb

Bakı, 27 iyul, SalamNews. ABŞ prezidenti Cozef Bayden bildirib ki, İraqla peyvəndlənmə və seçkilər mövzusunda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

 SalamNews bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

"Mənim administrasiyam bu əməkdaşlığı gücləndirmək niyyətindədir. Hazırda seçkilərin planlaşdırıldığı kimi oktyabr ayında keçirilməsini necə təmin edəcəyimiz barədə düşünürük", Bayden İraq Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə bildirib.