DÜNYA » CƏMİYYƏT
27 İyul 2021, 17:25 (GMT +4)

Ukraynada son sutkada 700-ə yaxın COVID-19-a yoluxma aşkar edilib

Bakı, 27 iyul, SalamNews. Ukraynada son sutkada 681 yeni koronavirusa yoluxma aşkar edilib. SalamNews xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Pandemiya başlayandan ölkədə 2.249.344 nəfərdə koronavirusa yoluxma aşkar edilib.

Son sutkada 27 ukraynalı COVID-19-un yaratdığı fəsadlardan ölüb.

COVID-19 diaqnozu ilə sağalmış xəstələrin sayı son sutkada 515 nəfər artıb.