DÜNYA » SİYASƏT
27 İyul 2021, 16:51 (GMT +4)

NATO baş katibi ilə Əfqanıstan prezidenti arasında telefon danışığı olub

Bakı, 27 iyul, SalamNews, B.Samid. ABŞ prezidenti Co Baydendən sonra NATO baş katibi də Əfqanıstan prezidenti Əşrəf Qəni ilə danışıb. 

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq rəsmi tvitter səhifəsində yazıb.

 “Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət olduqca narahatedicidir və danışıqlar yolu ilə həll tələb edir. NATO, Əfqanıstana dəstək verməyə davam edəcək, bura maliyyə, mülki mövcudluğun saxlanılması və ölkə xaricində təlimlər də daxildir”, – deyə NATO Baş katibi qeyd edib.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Co Bayden də Əşrəf Qəni ilə telefon təmasında Talibanın hücumlarını müzakirə etmişdi.