AZƏRBAYCAN » HADİSƏLƏR
27 İyul 2021, 17:05 (GMT +4)

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb, xəsarət alanlar var

Bakı, 27 iyul, SalamNews. Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Bu barədə SalamNews-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.