DÜNYA » SİYASƏT
27 İyul 2021, 17:53 (GMT +4)

Stoltenberq: NATO Əfqanıstanı dəstəkləməyə davam edəcək

Bakı, 27 iyul, SalamNews. NATO Əfqanıstanı dəstəkləməyə davam edəcək. SalamNews xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Jens Stoltenberq Twitter-də yazıb.

NATO rəhbəri Əfqanıstan Prezidenti Əşrəf Qani ilə danışıqlar apardığını qeyd edib.

Stoltenberq bildirib ki, Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə mürəkkəbdir və danışıqlar yolu ilə həll tələb edir.

"NATO, Əfqanıstanı maliyyələşdirmə, xaricdə təhsil də daxil olmaqla bəzi məsələlərdə dəstəkləməyə davam edəcək", o deyib.