DÜNYA » SİYASƏT
28 İyul 2021, 10:19 (GMT +4)

Əfqanıstandakı ABŞ qüvvələrinin 95 faizi bu ölkə ərazisini tərk edib

Bakı, 28 iyul, SalamNews, B.Samid. Əfqanıstanda olan ABŞ qüvvələri vəd edildiyindən daha tez bu ölkəni tərk ediblər. Artıq ABŞ qüvvələrinin 95 faizi bu ölkəni tərk edib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, prezident Co Baydeninin göstərişindən sonra ABŞ qüvvələrinin Əfqanıstandan çıxması prosesinə start verilib və indiyədək bu qüvvələrin 95 faizinin çıxarılması həyata keçirilib.

Qeyd edək ki, ABŞ bütün qüvvələrini cari ilin sentyabr ayının 11-ə kimi Əfqanıstandan çıxarmalıdır.

Əcnəbi qüvvələrin ölkədən çıxması prosesi başlayandan sonra Talibanın hücumlarının kəsəri artıb və hərəkat son üç ayda yüzdən çox rayon mərkəzini nəzarətə götürüb.