DÜNYA » SİYASƏT
28 İyul 2021, 12:40 (GMT +4)

Pakistan Talibanın nəzarətinə keçmiş sərhəd keçidindən əmtiələrin daşınmasına icazə verib

Bakı, 28 iyul, SalamNews, B.Samid. Pakistan Gömrük Xidməti mənbələri Əfqanıstanla sərhəddə yerləşən və Talibanın nəzarətinə keçmiş sərhəd keçidindən əmtirələrin keçməsinə start verildiyini və buradan get-gəlin bərpa edildiyini bildirib.

SalamNews bu barədə BBC-ə istinadla məlumat verir.

BBC bildirib ki, Pakistanın Gömrük Xidməti mənbələri Əfqanıstanla sərhəddə yerləşən strateji Sipin-Buldak sərhəd keçidinin açıq və fəaliyyətdə olduğunu elan ediblər.

Qeyd edək, Əfqanıstanın Qəndəhar əyaləti ilə Pakistan sərhədində yerləşən Sipin-Buldak qəsəbəsi və buradakı strateji sərhəd keçidi iki həftədir Talibanın nəzarətinə keçib.

Əfqanıstanın hökumət mənbələri Pakistanın bu addımını qınayıblar.