DÜNYA » SİYASƏT
28 İyul 2021, 15:41 (GMT +4)

İran Parlamenti xarici sosial şəbəkələrə məhdudiyyət barədə qanun layihəsini qəbul edib

Bakı, 28 iyul, SalamNews, B.Samid. İran Parlamentində sosial şəbəkələrə məhdudiyyətlə bağlı qanun layihəsi qəbul edilib. Qəbul edilmiş bu layihə ilk mərhələdə yalnız sınaq müddəti üçün həyata keçiriləcək.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, İran Parlamenti bu gün keçirdiyi səsvermədə xarici sosial və mesajlaşma şəbəkələrinə məhdudiyyətlərin tətbiq edilməsilə bağlı qanun layihəsini sınaq müddəti üçün qəbul edib.

Məlumata görə İran Parlamentinin üzvlərindən 121-i qanun layihəsinin icrasının lehinə, 74-ü isə əleyhinə səs verib və 9 nəfər səsvermədən imtina ediblər. İran Parlamenti bu qanun layihəsinin ölkənin konstitusiyasının 85 maddəsinə əsasən qəbul edildiyini bildirir.

Bu qanun layihəsi ölkənin “Nəzarət Şurası” tərəfindən qəbul ediləcəyi təqdirdə sınaq müddəti üçün icra ediləcək.