DÜNYA » SİYASƏT
28 İyul 2021, 16:22 (GMT +4)

Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

Bakı, 28 iyul, SalamNews. ABŞ -ın keçmiş prezidenti Donald Tramp, uşaqları da əhatə edəcək koronavirus məhdudiyyətlərinin sərtləşdirilməsinə münasibət bildirib. SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə onun açıqlamasında deyilir.

"Co Bayden (ABŞ -ın hazırkı prezidenti) və rəhbərliyi keçən ildəkindən heç bir dərs çıxarmadı.  Cəsarətli amerikalılar təhlükəsiz və məsuliyyətli şəkildə yaşamağı və [virusun yayılması ilə]  mübarizə aparmağı öyrəndilər. Biz əks istiqamətdə hərəkət etməyəcəyik. Uşaqlarımıza maska ​​taxmayacağıq", Tramp bildirib.

O, ölkə sakinlərini "təslim olmamağa" çağırıb. Həmçinin Tramp mövcud Amerika administrasiyasının elm adamlarına etibar etmədiyini vurğulayıb.