DÜNYA » SİYASƏT
28 İyul 2021, 16:37 (GMT +4)

İraqda aralarında İŞİD komandirləri olmaqla 14 təhlükəli terrorçu ələ keçirilib

Bakı, 28 iyul, SalamNews, B.Samid. İraqın müxtəlif bölgələrində aparılan əməliyyatlarda 14 İŞİD üzvü ələ keçirilib.

SalamNews xəbər verir ki, bu barədə İraqın Silahlı Qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Rəsul rəsmi tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, ölkənin müxtəlif bölgələrində aparılan əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatına ağır zərbələr endirilib. Əməliyyat zamanı aralarında İŞİD komandirləri olmaqla 14 terrorçu ələ keçirilib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildə ölkə ərazisinin üçdə bir hissəsini zəbt edib. 2018-ci ildə nəzarətində olan coğrafi əraziləri itirən terror təşkilatı gizli sığınacaqlarına çəkilib.