AZƏRBAYCAN » CƏMİYYƏT
28 İyul 2021, 16:54 (GMT +4)

Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

Bakı, 28 iyul, SalamNews. Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 206/208 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda gecə saatlarında 4 ağacın kəsildiyi və təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub.Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib. Kəsilmiş ağacların yerinə yeniləri əkilib".