DÜNYA » İDMAN
29 İyul 2021, 00:10 (GMT +4)

Tokio-2020: Futbol turnirində 1/4 final cütlükləri məlum olub

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. Tokio-2020-nin futbol üzrə yarışında bütün 1/4 final cütlükləri müəyyənləşib.

SalamNews xəbər verir ki, iyulun 31-də keçiriləcək matçlarda aşağıdakı komandalar üz-üzə gələcək:

İspaniya - Fildişi Sahili

Yeni Zelandiya - Yaponiya

Cənubi Koreya - Meksika

Braziliya - Misir

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları ötən il 24 iyul - 9 avqust tarixlərində gerçəkləşməli olsa da, koronavirus pandemiyası səbəbindən bu il 23 iyul - 8 avqust tarixlərində keçirilir.