DÜNYA » HADİSƏLƏR
29 İyul 2021, 09:18 (GMT +4)

Peruda bir neçə zəlzələ baş verib

Bakı, 29 iyul, SalamNews. Perunun şimalında 5.8 bal gücündə zəlzələ baş verib.

SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji mərkəzi məlumat yayıb.

5.8 bal gücündə zəlzələlər Truxillo şəhəri yaxınlığında saat 19:32-də baş verib. Yeraltı təkanlar 40 km dərinlikdə qeydə alınıb.

Daha sonra saat 19:46-da 5,1 bal gücündə, 19:54-də 4,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.