DÜNYA » SİYASƏT
29 İyul 2021, 10:18 (GMT +4)

ABŞ-ın Bağdaddakı səfirliyinə raketlər atılıb (FOTO)

Bakı, 29 iyul, SalamNews, B.Samid. ABŞ-ın Bağdaddakı səfirliyinə raketlərlə hücum edilib.

SalamNews bu barədə Sumariya Agentliyinə istinadla məlumat verir.

Bildirilib ki, bu gecə ABŞ-ın Bağdaddakı səfirliyi istiqamətində iki ədəd katyuşa raketi atılıb.

ABŞ səfirliyi ərazisində yerləşdirilən C-RAM havadan müdafiə sistemi hərəkətə keçməyib.

Məlumata görə raketlər ABŞ səfirliyinin ərazisinə deyil, səfirliyin yerləşdiyi kvartala düşüb.

Heç bir qrup bu hücumu üzərinə götürməyib.