DÜNYA » SİYASƏT
29 İyul 2021, 10:43 (GMT +4)

İraqda helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həyatını itirib (VİDEO)

Bakı, 29 iyul, SalamNews, B.Samid. İraqın Amirli bölgəsində bir helikopter qəzaya uğrayıb. Ölənlər var.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, ötən gecə Səlahəddin əyalətinin Amirli bölgəsində ordunun bir helikopteri qəzaya uğrayıb.

Qəza nəticəsində aralarında zabitlər də olmaqla beş hərbçi həyatını itirib.

İraq Ordusu hadisənin səbəblərinin araşdırıldığını bildirib.