DÜNYA » SİYASƏT
29 İyul 2021, 12:51 (GMT +4)

Suriya ilə İordaniya arasında daha bir sərhəd gömrük keçidi açılır

Bakı, 29 iyul, SalamNews, B.Samid. İordaniya hökuməti Suriya ilə sərhəddə yerləşən “Cabir” sərhəd gömrük keçidinin açılacağını bildirib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə İordaniyanın daxili işlər naziri Mazin əl-Faraya məlumat verib.

Bildirilib ki, cari həftənin sonundan etibarən iki ölkə sərhədində yerləşən və əsasən yük maşınların nəqliyyatı üçün nəzərdə tutulan “Cabir” sərhəd gömrük keçidi açılacaq.

Məlumata görə Suriya yük maşınları İordaniyadan keçməklə körfəz ərəb ölkələrinə, o cümlədən Səudiyyə Ərəbistanına da gedə biləcəklər.

Qeyd edək ki, İordaniyanın kralı İkinci Abdulla ötən həftə ABŞ-a səfəri zamanı Suriyanın "Ərəb Dövlətlərinin cərgəsinə qayıtması"nın zərurliyi barədə fikir bildirmişdi.