DÜNYA » SİYASƏT
29 İyul 2021, 13:48 (GMT +4)

Rusiya Talibanın hücumları fonunda Əfqanıstanla sərhədə Su-25 qırıcıları göndərib

Bakı, 29 iyul, SalamNews, B.Samid. Rusiya Əfqanıstanla sərhəddə keçiriləcək hərbi təlimlərə qatılmaq üçün Su-25 hərbi təyyarələri göndərib.

SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mənbələri məlumat veriblər.

Bildirilib ki, Rusiya Qırğızıstandakı bazasından Tacikistana Su-25 qırıcıları göndərib.

Bu hərbi təyyarələr gələn ay Əfqanıstanla sərhəddə keçiriləcək hərbi təlimlərə qatılacaqlar.

Rusiya bundan öncə sözügedən hərbi təlimlərə qatılmaq üçün Tacikistana min nəfərdən ibarət hərbi qüvvə ezam etməkdə olduğunu bildirib.

Qeyd edək ki, Taliban Əfqanıstanla Tacikistanın və Özbəkistanın sərhədlərinin 90 faizini nəzarətə götürdüyü iddia edir.