AZƏRBAYCAN » İDMAN
29 İyul 2021, 12:31 (GMT +4)

Cüdoçumuz Tokio Olimpiadası ilə erkən vidalaşıb

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də uğursuzluqla üzləşib.

SalamNews xəbər verir ki, 100 kq. çəkidə yarışan millililəşdirilmiş idmançımız Zelim Kotsoyev ilk görüşündə - 1/16 finalda fransalı Aleksandr İddirlə qarşılaşıb. Kotsoyev vazari xalı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Növbəti rəqib kanadalı Şadi Elhanas olub.

Cüdoçumuz iki vazari xalı ilə uduzaraq, mübarizəni dayandırıb və Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Bununla da cüdo yarışlarında mübarizəni medalsız başa vuran idmançılarımızın sayı 7-yə yüksəlib. Daha əvvəl Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) də uğursuz çıxış etmişdi.