AZƏRBAYCAN » İDMAN
29 İyul 2021, 13:09 (GMT +4)

Tokio-2020: Boksçumuz Məhəmməd Abdullayev mübarizəni dayandırıb

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

SalamNews xəbər verir ki, +91 kq çəkidə yarışan idmançımız 1/8 final qarşılaşmasında özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla qarşılaşıb.

Ümum nəticədə 0:5 hesabı ilə uduzan Abdullayev mübarizəni dayandırıb.

Qeyd edək ki, daha öncə boksçularımızdan Tayfur Əliyev (57 kq.) və Lorenzo Sotomayor (69 kq.) da çıxışlarını başa vurub.