QAFQAZ » CƏMİYYƏT
29 İyul 2021, 14:27 (GMT +4)

Gürcüstanda 2 796 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Bakı, 29 iyul, SalamNews. Son sutkada Gürcüstanda 2 796 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 17 nəfər ölüb.

SalamNews-un yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat verilir.

Ötən gün ərzində 2088 nəfər sağalıb.

Ümumilikdə 413,626 nəfər koronavirusa yoluxub. Onlardan 379.685 -i sağalıb, 5.768 -i ölüb.